BU LAYIHƏ AZ AV LINES ŞIRKƏTININ TARIXINDƏ ƏSAS LAYIHƏLƏRINDƏN BIRIDIR. MƏHZ BU LAYIHƏNIN UĞURLA HƏYATA KEÇIRILMƏSI BIR SIRA GƏLƏCƏK SIFARIŞÇILƏRIN ETIBARININ QAZANILMASINDA MÜHÜM ROL OYNAYIB.
Hacıqabul-Kürdəmir avtomobil yolunun reabilitasiyası müasir Azərbaycanın tarixində öz strateji əhəmiyyətilə xarici investisiyalar sayəsində həyata keçirilmiş ilk yol tikintisi layihələrindən biri olub.
Layihənin strateji əhəmiyyəti dövlət əhəmiyyətli 110 kV, 220 kV-luq yüksək gərginlikli elektrikötürücü xətlərin köçürülməsi əsasında formalaşıb. Bu elektrikötürücü xətlər avtomobil yolu ilə kəsişmiş vəziyyətdə olublar.
Həmçinin bu layihənin icrası çərçivəsində yol boyu yerləşən yaşayış məntəqələrinin və yol qovşaqlarının tam şəkildə işıqlandırılması həyata keçirilib.
Görülən işlərin siyahısı:
- Yaşayış məntəqələrinin və avtobus dayanacaqlarının işıqlandırılması
- Kommunikasiya sistemlərinin relokasiyası:
- - 10 kV, 35 kV, 110 kV, 220 kV-luq yüksək və alçaq gərginlikli elektrik xətlərinin çəkilməsi
- - Müxtəlif diametirli su borularının çəkilməsi
- - Fiberoptik və müxtəlif ölçülü digər rabitə kabellərinin relokasiyası