• HAQQIMIZDA
  • Partnyorlar
  • LAYİHƏLƏR
  • Karyera
  • Qalereya
  • Əlaqə
  • EN
  • RU
Axtarışınız nəticə vermədi
Axtarışınız nəticə vermədi
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • Partnyorlar
  • LAYİHƏLƏR
  • Karyera
  • Qalereya
  • Əlaqə
HAQQIMIZDA
TARİXİMİZ STRATEGİYA METRİKA

AZ AV GROUP – AZƏRBAYCANIN APARICI DEVELOPER VƏ İNŞAAT ŞİRKƏTLƏRİNDƏN BİRİDİR. ŞİRKƏTİN TƏMƏLİ 2006-CI İLDƏ “AZ AV LINES” ŞİRKƏTİNİN TƏSİS EDİLMƏSİ İLƏ QOYULUB.

2009-cu ildə AZ AV Lines MMC şirkətinin ətrafında inşaat və istehsalat işlərinin həyata keçirilməsi sahəsində ixtisaslaşmış ayrı-ayrı törəmə müəssisələr formalaşmışdır. Bu müəssisələrdən biri də AZ AVS QSC şirkətidir. Şirkətlər qrupunun yüksəlişi və inkişafı sayəsində, holdinqə məxsus bizneslərinin effektiv şəkildə idarə olunması və investisiya fəaliyyətinin icra edilməsi məqsədilə 2021-ci ildə AZ AV GROUP idarəetmə şirkəti təsis edilmişdir.

Bu gün AZ AV Group innovativ qərarlara malik və yerli bazarın aparıcı oyunçuları ilə əməkdaşlıq edən bir şirkət rolunu oynayır. Bu sayədə şirkət Azərbaycanda ən böyük və strateji əhəmiyyətli layihələrin əsasını qoyan, onları layihələndirən və gerçəkləşdirən bir müəssisəyə çevrilmişdir. Hal-hazırda AZ AV şirkətlər qrupuna 3 müstəqil şirkət daxildir: AZ AV Lines, AZ AVS QSC və AZ AV Projecting, Engineering & Consulting.

Bu şirkətlərdən hər biri özünəməxsus fəaliyyət sahələrinə malikdir. Hər 3 şirkət qazanılmış biliklər, təcrübə və göstərdiyi yüksək xidmət əsasında dünya standartlarına müvafiq şəkildə çalışmağa davam edir. Nəticədə təhvil verilmiş layihələrin uzunmüddətli istismarına təminat verilmiş olur.

Virtual Kataloq 2021

LAYİHƏLƏR ÜZƏRİNDƏ ÇALIŞAN MÜTƏXƏSSİSLƏRDƏN İBARƏT OLAN  KOMANDAMIZ İNŞAAT PROSESİNİN HƏYAT DÖVRÜNÜN BÜTÜN MƏRHƏLƏLƏRİNDƏ FƏAL ŞƏKİLDƏ İŞTİRAK EDİR. 

Bura ilkin memarlıq və mühəndislik planlarının işlənib hazırlanmasından başlayaraq, istismara verilmiş obyektlərə servis xidmətlərinin göstərilməsinə qədər bütün mərhələlər daxildir. Bu cür yanaşma tərzi hər layihəyə münasibətdə ilkin planların gerçəkləşdirilməsinə zəmanət verməyimizə və sifarişçilərimizin tələblərini tam şəkildə ödəməyimizə imkan verir.

Təsis edildiyi vaxtdan etibarən “AZ AV” şirkətlər qrupu öz qarşısına qoyduğu hədəfə  doğru can atıb. Bu hədəf, inşaat üçün ekoloji cəhətdən təhlükəsiz, enerji səmərəliliyin və karbon izinin azaldılmasına səbəb olan kompleks çözümlər işləyib hazırlamaqdan ibarətdir. Fəaliyyətə başladığı ilk günlərdən  etibarən keyfiyyətə nəzarət və layihələrin həyata keçirilməsində təhlükəsizliyin təmin edilməsi və ətraf mühitə vurulan zərərin azaldılmasına yetirilən diqqət, “AZ AV” şirkətlər qrupunun tərkibinə daxil olan bütün şirkətlərin əsas fəaliyyət xüsusiyyətidir.

ŞİRKƏTİN 15 İLLİK TARİXİ BU İLLƏRİN ƏSAS GÖSTƏRİCİLƏRİNDƏ ÖZÜNÜ SƏTHİ ŞƏKİLDƏ ƏKS ETDİRİR:

21
İRİMİQYASLI LAYİHƏ
11
YOL TİKİNTİSİ LAYİHƏSİNDƏ KOMMUNİKASİYA VƏ LOGİSTİKA İŞLƏRİ
317
KM UZUNLUĞUNDA YOLLARIN İŞIQLANDIRILMASI
549
FƏRDİ YAŞAYIŞ EVİN İNŞA EDİLMƏSİ
3
YAŞAYIŞ KOMPLEKSİN İNŞA EDİLMƏSİ
5
ASFALT ZAVODUN İSTİFADƏYƏ VERİLMƏSİ
5
BETON ZAVODUN İSTİFADƏYƏ VERİLMƏSİ
68
ŞTATLI İŞÇİDƏN İBARƏT OLAN MÜTƏXƏSSİSLƏR KOMANDASI FORMALAŞDIRILMASI
2
DAŞDOĞRAYAN AVADANLIĞIN İSTİFADƏYƏ VERİLMƏSİ
Paylaş
HAQQIMIZDA Partnyorlar LAYİHƏLƏR Karyera Qalereya Əlaqə
Bütün hüquqlar qorunur
© 2025 AZ AV Group
Veb sayt Scout Agency tərəfindən hazırlanıb
  • HAQQIMIZDA
  • Partnyorlar
  • LAYİHƏLƏR
  • Karyera
  • Qalereya
  • Əlaqə
Bütün hüquqlar qorunur
© 2025 AZ AV Group
Veb sayt Scout Agency tərəfindən hazırlanıb